Fevralın 6 da, Marneuli bələdiyyəsinin meri Temur Abazov, bələdiyyə məclisinin sədri Amiran Qiorqadze, müavinləri və Meriyanın müvafiq xidmətlərinin nümayəndələri ilə birlikdə Marneuli şəhərində təcili tibbi yardım mərkəzinin tikinti işlərinə baş çəkdi.
Xatırladaq ki, bələdiyyənsin indiyədək xüsusi təcili tibbi yardım mərkəzi binası olmayıb, buradan irəli gələrək tibbi servisin inkişafı məqsədi ilə, Marneuli şəhəri, Rustaveli döngəsində yeni tibbi yardım mərkəzi mərkəzi tikilir.
Layihəyə əsasən mərkəzin binası bir mərtəbədən ibarət olacaq, mərkəz sakinlərə imkan yaradacaq ki, yüksək səviyyəli tibbi yardım xidmətindən yararlanalar. İnşaa işləri bu il sona çatmalıdır. Mərkəzin tikintisi üçün 152 lariayrılıb, məbləğin 95% dövlət büdcəsindən, 5% isə yerli büdcədən xərclənir.