Marneulidə ictimai məktəbində yanğın baş verib

1 fevral tarixində Kürtlər kəndinin ictimai məktəbində yanğın baş verib. Müxbirmizin verdiyi məlumata görə yanğın odun sobasından yaranıb və taxta tavana keçib.
Yanğınsöndürən Xidmətinin gəlməsinə qədər isə məktəbin şagirdləri və əməkdaşları artıq yanğını söndürüblərmiş. Yanğın Kürtlər məktəbinin bir sinifində qeydə alınıb. Yanğın isə ikinci dərs başladıqdan sonra baş verib. Həmin sinifdə 17 şagird oxuyur.
Məktəbdə dərs prosesi dayanıb və dərslər isə şənbə günü keçiriləcək.
Onuda qeyd edək ki, bir sinifin zərər görməsinə görə təhsil prosesi gələcəkdə dərs prosesinə mane olmayacaq. Zərər görən sinifdə təhsil alan şagirdlər məktəbin böş otaqlarında sinifləri təmir olunana kimi oxumalı olacaqlar.
Müəllif: Nihat Məmmədov