Ca. Sen 21st, 2023

Marneulidə 7 yaşlı oğlan meningitdən dünyasını dəyişib

Marneulidə 7 yaşlı oğlan uşağı xəstəxanada dünyasını dəyişib. Dünyasını dəyişən xəstəni “Aversi” klinikasına cümə axşamı günü, yanvarın 18-də, gecə saatlarında aparılıb. İnfeksion şöbə olmadığına görə “Aversi” klinikası səhər saatlarında uşağı “İaşvili” klinikasına göndərib. “Aversi” klinikasından yerli mediyaya bildirildiyinə görə, 7 yaşlı xəstədə aşağı temperatur qeydə alınıbmış.

Xəstə “İaşvili” klinikasına aparıldıqdan sonra dünyasını dəyişib. “İaşvili” klinikasından deyilənə görə, 7 yaşlı uşağın xəstəliyinin dəqiq diaqnozu hələ də qoyulmayıb.

Əhali arasında yayılan məlumata görə isə uşaq “Sibir xorası” xəstəliyindən dünyasını dəyişib.

Buna görədə Marneulinin Xəstəliklərin Nəzarəti və İctimai Səhiyyə Mərkəzinin Epidemologiya şöbəsinin nümayəndəsi, dünyasını dəyişən uşağın təhsil aldığı ictimai məktəbində məktəb müəllimləri və valideynlərlə görüş keçirib.

Epidemoloq həkim Polad Həsənov valideyn və müəllimlərə bildirib ki, onlarda olan məlumata görə uşağın dünyasını dəyişməsinə səbəb “Sibir xorası” deyil “meninqoktsemiya”dır.

“Heç bir “Sibir xorasından” söhbət getmir. Bu tam başqa xəstəlikdir və başqa simptomları var. Dünyasını dəyişənə meningit diaqnozu qoyulub. Biz bu gün məktəb şagirdlərində yoxlama apardıq və nəticədə deyə bilərik ki, təlaşa səbəb yoxdur. Valideyinlərə məsləhət məqsədi ilə bildirdik ki, uşaqlar antibiotik müayinə kursu keçsinlər”, – bildirir epidemoloq, Polad Həsənov.

Həsənovun sözlərinə görə, uşaqlar müəyyən dövr ərzində nəzarətə götürüləcəklər.