20 yanvara həsr olunmuş tədbir

Yanvarın 18 də, Marneuli bələdiyyəsinin meri Temur Abazov, Azərbaycanın Gürcüstandakı səfirliyində 1990 cı il 20 yanvar hadisələrinə həsr olunmuş anım tədbirində iştirak edib.
Tədbir çərçivəsində mövzu ilə əlaqəli rəsmlər, film və kitabların sərgisi təşkil olundu. Tədbirdə Azərbaycanən Fövqəladə və Səlahiyyətli Səfiri Dursun Həsənov, Marneuli bələdiyyəsinin sədri Amiran Qiorqadze, onun müavini Mamuka Naveriani, Parlament çoxluğunun üzvü Ruslan Hacıyev, Savalan Mirzəyev, Mahir Dərziyev və digər dəvətli şəxslər iştirak etdilər.
Xatırladaq ki, 1990 cı il 20 yanvar günü “Qara Yanvar” adı ilə Azərbaycan tarixinə matəm, müstəqillik uğrunda mübarizə günü kimi düşüb. Bakıda sülhməramlı, azadlıq istəyən, torpaqlarının bütövlüyünü istəyən əliyalın insanları sovet ordusu məhv etdi.
Qeyd etmək lazımdır ki, görüşdə azərbaycanlı qəhrəmanlar ilə birlikdə Gürcüstanda 1989 cu il 9 aprel tarixində azadlıq uğrunda ölənləridə yad etdilər.
Tədbir Azərbaycan Səfirliyinin təşkilatçılığı ilə baş tutdu.