Bələdiyyə Məclisinin Növbədənkənar İclası Keçirildi

Yanvarın 18 də, Marneuli bələdiyyəsinin bələdiyyə məclisinin növbədənkənar iclası keçirildi. İclasda gün planı ilə nəzərdə tutulan doqquz məsələ müzakirəyə qoyuldu. Məsələlərin hər biri müsbət şəkildə təsdiqləndi.
Tədbirdə Marneuli bələdiyyəsinin meri Temur Abazov, onun birinci müavini Zaur Tabatadze və Meriyanın müzakirəyə qoyulacaq məsələlərlə əlaqəsi olan xidmətlərinin nümayəndələri yer alırdılar.
Bələdiyyə məclisinin iclasında Marneuli bələdiyyəsi Meriyasının əməkdaşları siyahısı, ictimai işçilərin vəzifə rütbələri, vəzifə əmək haqqları, Marneuli munisipaliteti Meriyasında əmək müqaviləsi ilə çalışanların sayı və onların vəzifə haqqları, Marneuli bələdiyyəsinin bələdiyyə məclisinin vəzifəli şəxslər və bələdiyyə məclisi aparatının ictimai işçilərinin vəzifə rütbələri, əmək haqqları, bələdiyyə məclisi aparatının işçi siyahısı müzakirə olunaraq, təsdiqləndi.
Sakrebulonun 2017 ci il 20 noyabr “Marneuli bələdiyyəsinin Meriyası nizamnaməsinin təsdiqlənməsi haqqda” qərarında, #36 qətnamədə və “Marneuli bələdiyyəsi Meriyasının iqtisadi xidmətinin nizamnaməsinin təsdiqi haqqında” Marneuli munisipaliteti Sakrebulosunun 2017 ci il 20 noyabr tarixli N42 qətnaməsində, “Marneuli munisipaliteti Meriyasının nəzarət xidmətinin arayış protokolu və yoxlayış protokolu formasının təsdiqi haqqında” qərarında, Marneuli munisipaliteti Sakrebulosunun 2017 ci il 29 noyabr N51 nizamnaməsində dəyişiklik aparıldı.
İclas əhəmiyyətli məsələlərdən birinidə müzakirə etdi. Bu məsələ vətəndaşlar tərəfindən Marneuli bələdiyyəsi ərazisində qeydiyyata alınmış kənt təsərrüfatı torpaqlarının becərilməsi proqramından bəhs edirdi. Beləki, Marneulidə yaşayan sosial aztəminatlı ailələr Meriyanın nəznində olan daimi fəaliyyət göstərən traktorlardan istifadə etmə imkanı veriləcək.
Sıra ilə səkkizinki məsələ Marneuli bələdiyyəsinin ərazisində xəttli tikililərin yerləşdirilməsi üçün ödənişin tətbiqinə aid idi.
İclasın sonunda bələdiyyə məclisi Marneuli şəhərində yaşayan vətəndaş X.Qiorqadzenin məktubunu müzakirə etdi. Məktub üç yaşlı körpənin sağlıq durumuna və müalicəsinə aid idi. Məktubda uşağın durumunun çox ağır olduğundan və təcili müalicəyə ehtiyacı olduğundan bəhs olunurdu. Bələdiyyə məclisi bu məsələdə vətəndaşa yardım göstərə bilmədi. Beləki, Sakrebulonun səlahiyyətlərinə daxil deyil və vətəndaşa məsləhət görüldükü Meriyaya müraciət etsin. Marneuli bələdiyyəsinin meri Temur Abazov qərar verdi ki, körpənin müalicə xərcləri Meriyanın rezerv fondundan köçürülsün.