Şb. Noy 26th, 2022

Gürcüstanda sabah hava şəraiti necə olacaq?

Gürcüstanın bəzi rayonlarında sabah yağış, dağda isə qar gözlənilir. İPN-ə Ətraf Mühitin Milli Agentliyinin Hidrometroloji Proqnozlar xidmətinin rəhbəri Svetkana Nioradzenin bildirdiyinə görə, bu gün Gürcüstanda isti hava şəraiti saxlanılacaq.

“Bu gün, Qərbi Gürcüstanda soyuq hava olacaq, havanın temperaturu +18 dərəcəyə qədər artacaq, Şərqdə də əsasən isti hava gözlənilir və temperatur +8 +13 dərəcə olacaq. Tbilisidə bu gün günəşli hava gözlənilir, temperatur +11 dərəcə olacaq”, – bildirib Svetlana Nioradze.

Onun sözlərinə görə, sabah Qərbi Gürcüstanda hər yerdə və Şərqi Gürcüstanda bəzi yerlərdə yağış yağacaq.

“Qərbi Gürcüstanda sabah yağış yağacaq. Dağda qar olacaq, qərb küləyi əsəcək. Havanın temperaturu +7 +12 dərəcə olacaq. Sabah Şərqi Gürcüstanda 7-12 dərəcə gözlənilir”, – bildirib Svetlana Nioradze.

Onun sözlərinə görə, sabah paytaxtda az yağış yağacaq, Şimal-Qərb küləyi əsəcək, temperatur 10 dərəcə olacaq.

Mənbə: “Marneuli” Radiosu