Şb. Noy 26th, 2022

Sakinlər ictimai nəqliyyat problemindən şikayətlənirlər

Marneuli Bələdiyyəsində əhalinin illərdir ki, ictimai nəqliyyatla bağlı problemləri var. Sorğu apardığımız şəxslərin əksəriyyəti gec saatlarda marşrutların olmamasından şikayət edir. Yerlilərin dediyinə görə, axşam saat 6-dan sonra onlar evə taksi ilə qayıtmalı olurlar.

2018-ci ilin yerli büdcəsinin planına əsasən nəqliyyata 3 min laridən çox məbləğ ayrılıb. 2017-ci ilin planına əsasən 7 min laridən çox, 2016-cı ilin planında isə beş min laridən çox  məbləğ nəzərdə tutulubmuş. Bələdiyyə bu məsələ ilə bağlı müsahibə vermir və tələb edirlər ki, rəsmi müraciət edək.

“Marneuli” Radiosu