Skip to content
Menu
BORCALİ.ORG
BORCALİ.ORG

Kurtlar ictimai məktəbində “Son Zəng” şənliyi keçirildi (VİDEO/FOTO)

Posted on 22 May 201901 Sentyabr 2019

Bu gün, 22 may tarixində Kurtlar ictimai məktəbində “Son Zəng” şənliyi keçirildi. Konsert tədbirində müəllimlər, şagirdlər, qonaqlar və kənd sakinləri iştirak edirdilər. Bu il məktəbi 4 oğlan, 4 qız bitirərək məzun oldular. Şagirdlər həm sevincli həmdə kədərli idilər. Sevinirdilər ona görə ki, 12 illik təhsil aldıqları məktəbi bitirərək müstəqil həyata qədəm qoyurdular. Kədərlənirdilər ona görə ki, məktəbdəki dostlarından, müəllimlərindən ayrılırdılar. Məzunların əsas arzuları ali məktəbə qəbul olmaqdır.

Məktəb şagirdləri məzunlar üçün bir-birindən maraqlı səhnəciklər və rəqslər hazırlamışdılar. Son zəngdə ən yadda qalan məqam məzunların rəqs etmələri oldu.

Məktəbə yeni təyin olunan məktəb direktoru Gülbəyaz Bələgəzova məzunları bu gün münasibəti ilə təbrik edərək, onlara uğurlar arzu etdi.

“Son Zəng” şənliyi məktəb şagirdlərinin hazırladığı çıxışlarla başa çatdı və 12-ci sinif şagirdləri son zəng sədaları altında məktəbə əlvida deyərək müstəqil həyata qədəm qoydular.

Mənbə: BorchaliTV

Post Views: 6
©2026 BORCALİ.ORG | WordPress Theme by Superb WordPress Themes