TƏBRİK EDİRİK!..
Yanvarın 3-ü
dəyərli eloğlumuz,
çox hörmətli ziyalı,
Azəbaycan Respublikası
Daxili İşlər Nazirliyinin
Baş İctimai Təhlükəsizlik
İdarəsinin sabiq rəisi,
hazırda təqaüddə olan
polis general-mayoru,
“Azərbaycan Bayrağı” ordenli,
«Abdulla Şaiq», «Qızıl Qələm»,
«Zirvə» və «XXI Əsrin Ziyalısı»
Mükafatları Laureatı
cənab
Cavanşir Məmmədovun
Ad günüdür!..
Cavanşir Qəhrəman oğlu Məmmədov – 1953-cü il yanvarın 3-də qədim qədim Borçalı mahalının Başkeçid (indiki Gürcüstan Respublikasının Dmanisi) rayonundakı Şahmarlı kəndində anadan olub.
1959-cu ildə Şahmarlı ibtidai məktəbinin birinci sinfinə gedib, 1963-cü ildə həmin məktəbi bitirib. 1963-1967-ci illərdə Dmanisi rayonunun Qəmərli səkkizillik məktəbində, 1967-1969-cu illərdə isə Bolnisi rayonunun İmirhəsən kənd orta məktəbində oxuyub. 1969-cu ildə M.F.Axundov adına Azərbaycan Dövlət Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutuna qəbul olunub. 1974-cü ildə həmin institutu bitirib. Bir il doğma Şahmarlı kəndindəki səkkizillik məktəbdə müəllim işləyib.
Cavanşir Məmmədov 1975-ci ildə hərbi xidmətə çağırılıb. Sibirdə Silahlı Qüvvələrin sıralarında müddətli həqiqi hərbi xidmət keçib. Hərbi xidməti başa vurduqdan sonra Krasnoyarsk şəhərindəki Oktyabrsk rayonunun daxili işlər şöbəsində inspektor vəzifəsində çalışıb. 1977-1979-cu illərdə Marksizm-Leninizm Universitetində oxuyub və buranı Fərqlənmə diplomu ilə bitirib. 1979-cu ildə bölmə rəisi vəzifəsinə təyin olunub. Elə həmin il Krasnoyarsk Dövlət Universitetinin hüquq fakültəsinə qəbul olunub, 1983-cü ildə universiteti müvəffəqiyyətlə bitirib. Həmin il SSRİ DİN-in Akademiyasına qəbul olunub. 1985-ci ildə oranı Fərqlənmə diplomu ilə bitirib və elə həmin il Krasnoyarsk Şəhər Milis İdarəsində şö’bə rəisi, 1987-ci ildə isə Oktyabr rayon daxili işlər şö’bəsi rəisinin birinci müavini təyin olunub.
1976-cı ildən daxili işlər orqanlarında xidmət edən Cavanşir Məmmədov 1988-ci ilin sentyabr ayından Bakı şəhərinə köçüb, ictimai təhlükəsizlik strukturunda müxtəlif vəzifələrdə xidmət aparıb.
1988-ci ilin oktyabrından Bakı şəhərinin Kirov (indiki Binəqədi) RPŞ-si rəisinin müavini işləyib. O, burada da özünün peşəkarlığı, yüksək ixtisaslı kadr olması və səriştəsi ilə seçilərək qısa müddətdə böyük nüfuz qazanmış və 1989-cu ildə ona etimad göstərilərək Bakı Şəhər Daxili İşlər İdarəsində şö’bə rəisi, 1990-cı ildə isə BBPİ-də idarə rəisinin müavini vəzifəsinə tə’yin olunub. 1992-ci ildə Qaradağ Rayon Polis İdarəsinin rəisi, 1993-cü ildə Bakı Baş Polis İdarəsinin rəisi vəzifəsində çalışıb. 1994-cü ildə DİN-də İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini işləyib. 1995-ci ilin iyun ayından isə həmin idarəyə rəis vəzifəsinə irəli çəkilib. 2001-ci ildə həmin idarə Baş İdarəyə çevrilib və Cavanşir Məmmədov həmin Baş İdarənin, yəni Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi təyin olunub. Bu çətin, məsuliyyətli və şərəfli vəzifədə düz 15 il ləyaqətlə çalışıb. Hazırda təqaüddədir.
Polis general-mayoru Cavanşir Məmmədovun polis orqanlarında xidməti fəaliyyəti rəhbərlik və ölkə başçısı tərəfindən yüksək qiymətləndirilmişdir.
O, ictimai təhlükəsizliyin qorunması, sabitliyin bərqərar olunması fəaliyyətindəki uğurlu nəticələrə və müsbət göstəricilərə görə müxtəlif mükafatlara layiq görülmüşdür.
Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2002-ci il tarixli 725 nömrəli Fərmanı ilə “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2004-cü il tarixli 293 nömrəli Sərəncamı ilə polis general-mayoru xüsusi rütbəsi verilmişdir.
Cvanşir Məmmədov həmçinin “Milis əlaçısı”, “Daxili işlər orqanlarında əla xidmətlərinə görə” döş nişanları, sabiq SSRİ-nin I, II, III dərəcəli medalları, 2001-ci ildə Rusiya Federasiyasının Daxili İşlər Nazirinin əmri ilə “Za boevoye sodrujestvo” medalı ilə və Fəxri Fərmanlarla təltif olunmuş, üç dəfə “Ən yaxşı bölmə rəisi” adına layiq görülmüşdür. O, Qarabağ müharibəsinin iştirakçısıdır, Tərtər və Goranboy rayonlarında gedən döyüşlərdə iştirak etmişdir. ABŞ, Yaponiya, Türkiyə, Sloveniya və başqa dövlətlərdə xidməti ezamiyyətlərdə olmuşdur.
Gənc yaşlarından Gürcüstanın Dmanisi rayonunun “Trialeti”, Bolnisi rayonunun “Qələbə bayrağı” qəzetlərində, sonralar Tbilisidə nəşr olunan “Gürcüstan” qəzetində, daha sonralar isə Azərbaycanın və bir sıra xarici ölkələrdə çıxan mərkəzi qəzetlərdə məqalələri çap olunub. Haqqında onlarla məqalələr və şeirlər yazılıb. Tərcümeyi-halı bir neçə ensiklopediyaya daxil olunub. Dəfələrlə Fəxri fərman və Fəxri mükafatlarla, o cümlədən, «Abdulla Şaiq», «Qızıl Qələm», «Zirvə» və «XXI Əsrin Ziyalısı» Fəxri mükafatlarına layiq görülüb.
Ailəlidir. İki övladı var.
Bütün şüurlu həyatını ictimai asayişin mühafizəsi kimi müqəddəs vəzifəyə həsr etmiş xalqımızın qeyrətli oğlu, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsinin sabiq rəisi, polis general mayoru Cavanşir Məmmədov doğma Borçalını da unutmur, müntəzəm olaraq doğma el-obasına Başkeçidə baş çəkir, onların qayğı və problemləri ilə maraqlanır, əlindən gələn maddi və mənəvi köməkliyi əsirgəmir.
Bütün borçalılılar adından Cavanşir müəllimə bu diqqət və qaygı üçün təşəkkürümüzü bildiririk.
Fürsətdən istifadə edərək, biz də çox hörmətli Cavanşir Məmmədovu doğum günü, eləcə də, bu günləedə qeyd etdiyimiz 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il Bayramı münasibətilə bir daha ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, ailə səadəti, bir sözlə, şəxsi həyatında və ictimai fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!..
Müşfiq BORÇALI,
ZiM.Az
.