Marneuli tarixində ilk dəfə olaraq qadın namizəd mer vəzifəsi uğrunda mübarizə aparacaq

Marneuli tarixində ilk dəfə olaraq qadın namizəd mer vəzifəsi uğrunda mübarizə aparacaq. “Quruculuq Hərəkatı” Marneulidəki namizədi olaraq Leyla Məmmədovanın adını açıqladı. O, özü də bu məlumatı təsdiqlədi. Lakin geniş şərh verməkdən imtina etdi. Bununla belə qeyd etdi ki, rəsmi təqdimatdan sonra bu barədə danışacaq. Onun namizədliyini “Quruculuq Hərəkatı”nın təsisçilərindən biri, Kamil Əliyev də təsdiqləyir.
Kamil Əliyev onu da bildirdi ki, rəsmi təqdimat 22 sentyabr tarixində saat 12-də Ataholdinq parkında liderlərin iştirakı ilə baş tutacaq.
“Quruculuq Hərəkatı” Respublikaçılar Partiyasının keçmiş lideri və Parlamentin keçmiş sədri Davit Usupaşvili tərəfindən yeni təsis olunub.
Mənbə: “Marneuli” Radiosu