Skip to content
Menu
BORCALİ.ORG
  • Başlanğıc
  • Borçalı
    • Ağbulaq
    • Başkeçid
    • Barmaksız – Zalqa
    • Bolus
    • Borçalı
    • Qarayazı
    • Qaraçop
    • Darvaz
  • Gürcüstan
    • Batum
    • Kaspi
    • Misxeta
    • Qabal
    • Qaracalar
  • Borçalı cəmiyyəti
    • Nizamnamə
    • Yaranma tarixi
    • Struktur
    • Rəhbərlik
    • İdarə Heyəti
    • Ağsaqqal Şurası
    • Qadınlar Şurası
    • Gənclər Şurası
    • Nəzarət Təftiş Komissiyası
    • Fəaliyyətimiz
    • Nəşrlərimiz
    • Tədbirlərimiz
  • Azərbaycan
  • Arxiv
    • ASKEF
    • KUMİR
    • SEYMUR TEYMURLU yazır:
    • “Gündəlik-Gürcüstan”
BORCALİ.ORG BORCALİ.ORG

Borçalı aşıq mühitinə, saz-söz sənətinə və aşıqsevərlərinə ağır itgi üz verib

Posted on 03 İyul 201709 Fevral 2018

Borçalı aşıq mühitinə, saz-söz sənətinə və aşıqsevərlərinə ağır itgi üz verib.

Ustad Aşıq Qərub Camal oğlu Məmmədov 80 yaşında dünyasını dəyişib.

Borçalıdan Əlixan Yəhyaoğlu “Vətənim.info”ya bildirib ki, ustad aşığın vida mərasimində Borçalı aşıqları ilə yanaşı  aşığın sənət dostları, ictimai birlik və cəmiyyətlərin üzvləri, ictimaiyyət nümayəndələri, tanınmış ağsaqqallar və ziyalılar  iştirak ediblər.

Ziyalılardan Zahid Nəsibov, prosessor Mahmud Kamaloğlu, “Bolnisi Azərbaycanlılarının Mədəniyyət Mərkəzi”nin sədri Əlixan Yəhyaoğlu, Əli Abbas, Süleyman Çobanov və b. ustad aşığın həyat və fəaliyyətindən, xatirələrindən danışıblar.

Aşıq Ziyəddin Keşəli, Aşıq Samir, Aşıq-sazbənd Kövrək Murad, Aşıq-sazbənd  Bafəli, Aşıq Novruz və Mirzənin “Mansırı” havası üstə ifaları ilə cənazə götürülüb. 

Aşıq Qərib Camal oğlu Məmmədov 1937-ci ildə Qərbi Azərbaycanın (indiki ermənistanın) Ağbaba bölgəsinin Çaybasar (İlanlı) elində anadan olub. Otuzuncu illərin repressiyasının qurbanı olan Camal kişinin ailəsi böyük çətinliklərlə Borçalının Məscidli Gorarxı kəndinə pənah gətirib. Gənc Qərib bu elin ustadı, Aşıq Almaza şəyirdlik edib. Ötən əsrin altımışıncı ilindən toy məclis və şənlikləri müstəqil idarə edib. Onlarla şeirin və iki dastanın müəlifi olan Aşıq Qərib 50 yaxın dastan bilirdi.

Aşıq Qərib Məmmədov 30 iyun 2017-ci ildə dünyasını dəyişib.

Allah rəhmət eləsin. Məkanı cənnət, ruhu şad olsun. Amin!..

Vetenim.info

 

Baxılıb: 114

AXTAR

©2026 BORCALİ.ORG | WordPress Theme by Superb WordPress Themes