Skip to content
Menu
BORCALİ.ORG
  • Başlanğıc
  • Borçalı
    • Ağbulaq
    • Başkeçid
    • Barmaksız – Zalqa
    • Bolus
    • Borçalı
    • Qarayazı
    • Qaraçop
    • Darvaz
  • Gürcüstan
    • Batum
    • Kaspi
    • Misxeta
    • Qabal
    • Qaracalar
  • Borçalı cəmiyyəti
    • Nizamnamə
    • Yaranma tarixi
    • Struktur
    • Rəhbərlik
    • İdarə Heyəti
    • Ağsaqqal Şurası
    • Qadınlar Şurası
    • Gənclər Şurası
    • Nəzarət Təftiş Komissiyası
    • Fəaliyyətimiz
    • Nəşrlərimiz
    • Tədbirlərimiz
  • Azərbaycan
  • Arxiv
    • ASKEF
    • KUMİR
    • SEYMUR TEYMURLU yazır:
    • “Gündəlik-Gürcüstan”
BORCALİ.ORG BORCALİ.ORG

Şahismayıl Şəmmədoğlunun “Heydər Əliyev və Gürcüstan” kitabının təqdimatı keçirilib

Posted on 12 İyun 201709 Fevral 2018

2017-ci il Mayın 10-da Azərbaycanın Gürcüstandakı səfirliyində ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş tədbirdə tanınmış jurnalist, «Azərbaycan Televiziya və Radio Verilişləri» QSC-nin Gürcüstan üzrə xüsusi müxbiri, Azərbaycan və Gürcüstan Jurnalistlər Birliklərinin üzvü, Gürcüstanın
“Şərəf” və “Şöhrət” ordeni kavaleri Şahismayıl Şəmmədoğlunun “Heydər Əliyev və Gürcüstan” kitabının təqdimatı keçirilib.

Bildirilib ki, Tbilisidə xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ərəfəsində işıqüzü görmüş kitabın ikinci nəşri iki dildə – Azərbaycan və gürcü dillərində nəfis şəkildə çap olunub.

Tanınmış ictimai xadim, yazıçı-dramaturq Hidayət Orucov və “Gürcüstan” qəzetinin redaktoru, Gürcüstanən Əməkdar jurnalisti İslam Əliyevin redaktəsi ilə nəşr olunan kitabda müəllifin – Gürcüstanən Əməkdar jurnalisti, Şahismayıl Şəmmədoğlunun son illərdə qələmə aldığı, Azərbaycan və Gürcüstan mətbuatında dərc olunan, eləcə də Azətbaycan və Gürcüstan televiziyalarınında səslənən yazıları toplanıb.

Kitabda xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin, eləcə də onun ləyaqətli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qonşu Gürcüstana səfərləri, bu səfərlər zamanı iki dost və qardaş ölkələrin ikitərəfli əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi və inkişaf etdirilməsi naminə göstərdikləri böyük xidmətlər aydın şəkildə oxucuya çatdırılır.

P.S.: Yaxın zamanlarda kitab haqqında oxucularımıza ətraflı məlumat dərc edəcəyik.

Müşfiq BORÇALI,
ZiM.Az

Baxılıb: 146

AXTAR

©2026 BORCALİ.ORG | WordPress Theme by Superb WordPress Themes