Skip to content
Menu
BORCALİ.ORG
BORCALİ.ORG

Rustavidə yaşayış binalarından birinin girişindən yeni doğulmuş körpə tapılıb

Posted on 08 Yanvar 201809 Fevral 2018

Rustavidə, yaşayış binalarından birinin girişində, qapıda yeni doğulmuş körpə tapılıb. Uşağı hüquq mühafizəçiləri tibbi müyainə keçmək məqsədi ilə “Rustavi” klinikasının uşaq şöbəsinə yerləşdiriblər.

Verilən məlumata görə, oğlan uşağının həyati təhlükəsi yoxdur və onun sağlamlıq durumu stabildir.

İPN-ə DİN-dən bildiriblər ki, baş verən hadisə ilə bağlı istintaq CM-nin 127-ci maddəsinə əsasən başlayıb. Həmin maddə özünü müdafiə etmək imkanı olmayan şəxsin həyatının təhlükəyə atılmasını nəzərdə tutur. Cinayət cərimə və ya 2 il müddətinə qədər azadlıqdan məhrum edilməni nəzərdə tutur.

Mənbə: “Marneuli” Radiosu

Post Views: 7
©2026 BORCALİ.ORG | WordPress Theme by Superb WordPress Themes