Şb. Noy 26th, 2022

Marneulidə Nəriman Nərimanovun doğum gününə həsr olunmuş tədbir keçirildi

 14 aprel tarixində Marneuli rayonunda İnkişaf və Təhsil Mərkəzinin təşkilatçılığı ilə Nəriman Nərimanovun 147-ci doğum gününə həsr olunmuş tədbir keçirildi.

Tədbir əvvəlcə Marneuli rayonunun Qızılhacılı kəndindəki N.Nərimanovun adını daşıyan ictimai məktəbdə başladı və sonra Marneuli Mədəniyyət evinin qarşısında, N.Nərimanovun büstü önündə davam etdi. Tədbirdə hökumət və ictimaiyyət nümayəndələri, QHT nümayəndələri, məktəblilər, müəllimlər və fəal gənclər iştirak etdilər.

Onu da əlavə edək ki, Nəriman Nərimanov 1890-cı ildə Marneuli rayonunun Qızılhacılı kəndində fəaliyyət göstərən və hal-hazırda onun adını daşıyan ictimai məktəbdə işləmişdir və “Nadalıq” əsərini də məhz bu kənddə qələmə almışdır.

Mənbə: Radio Marneuli