Tbilisi Zooparkına Böyük Britaniyanın Bristol Zooparkından hədiyyə olaraq, 19 afrika pinqvin gətirildi.
Tbilisi Zooparkından verilən məlumata görə, aprelin 11-də saat 17:00-də, Tbilisi Zooparkında yeni heyvanlarının qarşılanma mərasimi keçiriləcək.
Tədbirdə Bristol nümayəndə heyyəti, Bristol-Tbilisi Asosiyasiyasının sədri və Tbilisnin fəxri vətəndaşı Derek Pikap, Bristol zooparkının müdiri Riçard Rolinq, Böyük Britaniyanın Gürcüstandaki səfiri Castin Makkenzi Smit və Tbilisi merinin müavini Nina Xatiskatsi iştirak edəcəklər.
Afrikalı pinqvinləri üçün Tbilisi Zooparkında xüsusi pinqvinarium və torpaqlı “dəniz kənarı” hazırlanıb.