Seçki siyahısının təkmilləşdirilməsi məqdsədi ilə, şəxsiyyət vəsiqələri növbəti dəfədə pulsuz veriləcək.
Bu barədə Ədliyyə Nazirliyi məlumatı verdi. Nazirlik tərəfindən yayılan məlumata görə, aprelin 10-dan 29-na qədər şəxsiyyət vəsiqələri tamamilə pulsuz veriləcək.
Aksiyanın məqsədi dəqiq seçki siyahılarının formalaşdırılmasıdır. Biometrik pasport nə qədər çox vətəndaşda olsa, “Bir seçici – Bir səs!” prinsipi o qədər çox qorunacaq” – nazirlikdən bildirildi.
Ədliyyə nazirinin məlumatına görə, son dörd il ərzində 24 belə aksiya elan edilmişdir. Aksiyaların nəticəsində 1 200 000-dən artıq vətəndaş şəxsiyyət vəsiqəsini pulsuz əldə edə bilmişdir.
Pulsuz şəxsiyyət vəsiqəsini almaq üçün vətəndaşlar Ədliyyə evlərinə müraciət etməlidirlər. Vəsiqə üçün şəkil çəkdirmək də pulsuzdur.
Halhazırda Gürcüstanın 2 485 876-dan artıq vətəndaşı elektron şəxsiyyət vəsiqəsini alıb. 376 142 vətəndaş isə, biometrik pasport sahibidir.