Şb. Noy 26th, 2022

   Bu Günün Tarixi 7.4.2017-cı il.

Hun imperatoru Attila 451-ci ilin 7 aprelində Şimali Fransadakı Metz şəhərini ələ keçirdi.

1521-ci ilin bu günü Səyyah Fernan Magellan Cibi adasına çatdı.

İngilis kimyagər Con Valkerin kəşf etdiyi kibrit 1827-cilin bu gunu İngiltərə bazarlarında satılmağa başladı.

7 aprel 1906-cı ildə Vezuvi vulkanının püskürməsi nəticəsində Neapol şəhəri xarabalığa döndü.

Molla Nəsrəddin jurnalı Azərbaycan dilində satirik, populyar jurnaldır. İlk sayı 1906-cı il aprelin 7-də Tiflisdə işıq üzü görüb. “Molla Nəsrəddin”in 1906-1918-ci illərdə Tiflisdə, 1921-ci ildə Təbrizdə, 1922-1931-ci illərdə Bakıda nəşr edilib. Redaktoru və müəllifi Cəlil Məmmədquluzadə olub. 25 il ərzində 748 nömrəsi çıxıb.

İranlı yazar, alim və İslam mütəfəkkiri Seyyid Hüseyn Nasr 1933-cü ildə anadan olub.

7 aprel 1946-ci ildə Dünya Səhiyyə Təşkilatı fəaliyyətə başlayıb. BMT-nin üzvü olan 26 dövlət təşkilatın nizamnaməsini ratifikasiya edib və sənəd qüvvəyə minib.

ABŞ-lı avtomobil istehsalçısı və sənayeçi Henri Ford 1947-ci ilin bu günü dünyadan köçüb.