Tbilisidə yüksək mərtəbəli 10 mərtəbəli avto dayanacaq tikiləcək.
Bu barədə məlumatı Tbilisi meriyasının yayıb. Verilən məlumata görə meriyanın tapşırığına əsasən PWC şirkəti yüksək mərtəbəli dayanacaqların tikilməsi üçün şəhərdə on yer seçilib. Bunlar əsasən: dəmir yolu stansiyası, metro Marcanişvili, Filarmoniya, Puşkin meydanı, İsani metrosu, Dinamo stadionu, Qulua meydanı, Varketili metrosu və Gegeşidze bağının yaxınlığındki ərazilərdə tikiləcək.
Tblisi meri David Narmaniyanın bəyanatına görə, Tbilisi meriyası qeyd olunan dayanacaqların inşası üçün inşaatla maraqlanan şirkətləri dəvət edəcək və inşaatın detallarını müzakirə edəcəklər.
Meriya tərəfindən keçirilən təqdimatda qeyd edildi ki, paytaxtda hər gün 550 000-ə qədər avtomobil hərəkət edir və bu rəqəm getdkcə artmaqdadır. Bundan dolayı, hər paytaxtda olduğu kimi, Tbilisidə də avtonəqliyatın yeraltı və yer üstü dayanacaq yerlərinin inşaatı ən vacib məsələlərdən biridir.