Beynəlxalq təşkilat Freedom House – “Keçid dövründəki ölkələr – 2017” adlı tədqiqatın nəticələrini təqdim etdბ.
Qeyd olunan tədqiqat, Mərkəzi Avropa və Avrasiyanın 29 ölkəsinin demokratik inkişafının analizini təqdim edir.
Tədqiqatda Gürcüstan haqqında da məlumat var. Ən yüksək balla 7 olan sistemdə, Gürcüstan demokratiya inkişafı baxımından 4.61 ball ilə dəyərləndirilib və bu göstərici keçən ilin rəqəmi ilə eynidir.
Tədqiqata əsasən, demokratik inkişaf baxımından Gürcüstan keçid dövründə olan hökümətlər arasındadır.
Gürcüstanın dəyərləndirilməsi növbəti parametrlərlə həyata keçirildi: Seçki prosesi (4.50 bal), Vətəndaş cəmiyyəti (3.75), azad medya (4.00), milli demokratik idarəçilik (5.50), yerli demokratik idarəçilik (5.25), məhkəmə sistemi və müstəqillik (4.75), korrupsiya (4.50) bu göstəricilərlə qeydə alınıb.