Tbilisi Zoo parkına 14 yeni heyvan gətiriləcək.
Zooparkın mətbuat xidmətinin verdiyi məlumata görə, Riqa Zooparkı Tbilisiyə Usuriya pələnqiini göndərir. London zooparkıdan 7 kiçik boylu kenquru gətirilir, Benhem zooparkından isə, 6 dekorativ qoyun gətiriləcək.
Heyvanlar aprelin 3-də sabaha qarşı xüsusi reys ilə gətiriləcəklər. Yeni heyvanlar üçün zooparkda volyerlər hazırlanıb.
Xatırladaq ki, Tbilisi Zooparkı Avropa Zooparkları və Akvarium Asosiyasiyasının (EAZA) üzvlüyünün namizədidir. Avropa zooloji parkı ilə intensiv əməkdaşlıq nəticəsində Tbilisi zooparkının heyvan kolleksiyası əhəmiyyətli dərəcədə artıb və Avropadan hədiyyə olaraq, 80-dən artıq heyvan gətirilib.
İndiyə qədər Tbilisi zooparkında kenquru olmayıb və ziyarətçilər üçün onları görmək çox maraqlı olacaq və sürprizlər bununla da qurtarmır, yaxın gələcəkdə Bristol zooparkından afrikalı pinqvin gətiriləcək və ziyarətçilərimizi maraqlı yaz zooparkı gözləyir – bu barədə məlumatı zooparkın müdiri Zurab Qurielidze bildirdi.
Qeyd edək ki, gələn heyvanları Gürcüstana hədiyyə olaraq göndərirlər.