Gürcüstanın Xarici İşlər Nazirliyi Rusiya hökümətinə müraciət edib ki, provokasiyalı hərəkətlərindən əl çəksin və 2008-ci ilin avqustun 12-də qoyulan razılaşmanın şərtlərini qorusun.
Bu barədə, Gürcüstanın Xarici İşlər Nazirliyi tərəfindən ötəngün yayılan bəyanatda deyilir.
Nazirlik, işğal altında olan Sxinvali regionunun silahlı qruplaşmalarının, Rusiya Federasiyasının silahlı qüvvələrinin tərkibinə daxil olacağı ilə bağlı razılaşmanın qoyulması barədə məlumat yayıb.
Yayılan bəyanatda bildirilir ki, Gürcüstanın Xarici İşlər Nazirliyi həmçinin, beynəlxalq dostluqlara müraciət edir ki, Rusiya Federasiyasının aqressiv addımlarını düzgün dəyərləndirsin və Gürcüstanın işğal altında olan regionlarında yarana vəziyyəti gərəkdiyi şəkildə dəyərləndirsin və doğru reaksiya olaraq, müəyyən tədbirlər həyata keçirsin.