Aprelin 2-də Gürcüstanda NATO günləri başlayıb. Bu barədə məlumatı NATO və Avropa İttifaqının informasiya mərkəzi yayıb.
Təşkilatçıların məlumatına görə, aprelin 2-də saat 12:00-da, NATO və Avropa İttifaqı mərkəzində müxtəlif əyləncə-təhsil tədbirləri keçirilib.
NATO günlərini rəsmi olaraq, saat 14:00-da, Avropa və Avro-atlantik Strukturlarına İnteqrasiya məsələləri üzrə dövlət naziri Viktor Dolidze və NATO və Avropa İttifaqı üzrə informasiya mərkəzinin müdiri Nino Bolkvadze açmışdılar.
Tədbiri təşkil edənlərin məlumatına görə, NATO günləri aprelin 11-ə qədər davam edəcək.