Şb. Noy 26th, 2022

   Bu Günün Tarixi 30.3.2017-cı il.

Hz. Rəsulullahın (s) hədisi-şərifində müjdələdiyi İstanbulun fəthini gerçəkləşdirərək böyük komandan olmağı bacaran Fateh Sultan Məhəmməd, düşmənlərə İslamın gücünü göstərən həqiqi sərkərdə və dövlət adamı idi. Bu böyük insan 1481-ci ildə may ayının 3-də vəfat etmişdir.

Məşhur holland rəssamı Postimpressionizm cərəyanının nümayəndəsi Vinsent van Qoq  30 mart 1853-cü ildə anadan olub.

İlk dəfə bir əməliyyatda 1842-ci ilin bu günü anesteziya tətbiq olundu.

1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Səlyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğın Mart soyqırımıdı. Rəsmi mənbələrə əsasən soyqırımın nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, on minlərlə insan itkin düşmüşdür.

Avstriyalı filosof, pedaqoq, elm adamı, sənətçi və yazar, antropozofitin qurucusu Rudolf Steiner 1925-ci ilin 30 martında anadan olub.

Azərbaycan aktrisası, Azərbaycanın xalq artisti, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının ilk sədri Şəfiqə Məmmədova 30 mart 1945-ci ildə Dağıstanın Dərbənd şəhərində doğulub.