Avropa İttifaqına vizasız gediş-gəliş rejiminin qüvvəyə minməsi isə bağlı, Gürcüstanın Xarici İşlər Nazirliyinin qaynar xətti fövqəladə rejimdə işləyir.
Nazirliyinin yaydığı bəyanata görə, Avropa İttifaqı/Şengen zonasına gediş-gəlişin güvvəyə minməsi ilə bağlı, xarici İşlər Nazirliyinin Xaricdəki diplomatiya nümayəndələri və konsulluqları da fövqəladə rejimdə işləyirlər.
Hər bir Gürcüstan vətəndaşı 24 saat ərzində Nazirliyin qaynar xəttində bu nömrə ilə 2 94 50 50 zəng edib, Avropaya səyahət prosesi ilə bağlı detallı məlumat ala bilər.