Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin bəyanatına görə, o Ukraynanın Zik kanalında həftəlik tok-şounun aparıcısı olacaq.
“Biz Ukraynanın Zik kanalında birinci proqramı yazdıq və o çox kəskin alındı. Hər həftə bu veriliş vasitəsi ilə, heç bir kanalda olmayan Ukraynayı göstərəcəyik” – Saakaşvili öz Facebook səhifəsində yazıb.
Bu məlumatla bərabər, sabiq prezident studiyada çəkilən fotoşəkil də təqdim edib. Həmin şəkildə Saakaşvili it damının yanında durur.Belə bir dekorasiyanın göstərilməsi, çox guman ki, Ukrayna Prezidenti Petro Poroşenkonun bəyanatı ilə bağlıdır ki, o Xarkova səfər zamanı qeyd etdi ki, bir it damını belə tikməyən insanlar, ölkədə vəziyyətin destabilizasiyasına çalışırlar.