Bolnisi bələdiyyəsi büdcədən sosial yardım və tələbələrə təqaüd üçün pul ayırıb

Bolnisi bələdiyyəsi büdcədən sosial yardım üçün pul ayırıb. Bu ilki büdcədən təxminən 3 milyon lari sosial yardım ayırıb. Bələdiyyə şurasının sosial yardımın verilmə qaydasını təyin edib. Həmin qərarla tələbələrədə təqaüd verilməsi nəzərdə tutulub.
Aşağıdakı şərtləri ödəyən tələbələrə 50 larilik maddi dəstək veriləcək ( 2017-ci ilin 1 fevral – 1 avqust , 1sentyabr- 31 dekabr tarixləri arasında ) .
1. Yetim və ailə başçısını itirmiş ailədən olan tələbə ,hansı ki dövlət akreditasiyası olan universitetdə oxuyur.
2. Qaçqın ailədən olan tələbə ,hansı ki dövlət akreditasiyası olan üniversitetdə oxuyur.
3. Sosial mudafiəsiz ( reyting balı 100 000 -den aşağı) olan ailədən olan tələbə hansı ki ,dövlət akreditasiyası olan universitetdə oxuyur.
4. Çox uşaqlı ailədən olan (3 yada çox uşaq) tələbə hansı ki,dövlət akreditasiyası olan universitetdə oxuyur.
5. Bir ailədə 2 yada çox tələbə varsa və dövlət akreditasiyası olan universitetdə oxuyurlar.
Yuxarıdakı şərtlərdən 3 və ya çoxuna daxil olan tələbə hansı ki, dövlət universitetində oxuyur hər ay 70 lari dəyərində təqaüd alacaq.
Dövlət akreditasiyası olan universitetdə oxuyan tələbə əgər akademik qiymətlərinin ortalaması 80-dən yuxarıdısa , 2017-ci ilin 1 fevral tarixindən 31 dekabr tarixinə qədər hər ay 100 lari təqaüd ala biləcək.
Tələbə təqaüd almaq üçün əsas şərtlərdən biri Bolnisi bələdiyyəsi ərazisində qeydiyatda olmalıdır.
Yuxarıdakı şərtlər sizədə uyğundursa, o zaman Bolnisi bələdiyəsinə müraciət edin.