İşğal olunan Gürcüstan torpaqları Rusiyaya birləşdirlə bilər. Bu il bununla bağlı referendumun keçirilməsi planlaşdırılır.
Tanınmayan Cənubi Osetiyanın Rusiyaya birləşdirilməsi barədə referendum bu il planlaşdırılan prezident seçkilərindən sonra keçirilməsi nəzərdə tutulur. KİV-lər məlumat yayıb.
Bildirilir ki, tanınmamış respublikanın parlament sədri Anatoli Biblov bəyan edib ki, Cənubi Osetiya xalqının Rusiyanın tərkibinə daxil olmaq arzusu sirr deyil.
O bildirib ki, prezidentlə razılıq əldə olunub və referendum bu il seçkilərdən sonra keçirilməlidir.
Rusiya ilə də məsləhətləşmələrin aparılacağını deyən Anatoli Biblov bildirib ki, məsələ birbaşa Rusiyaya da aiddir.