Ortacalada, bütün nazirliklərin yerləşəcəyi Hökümət Şəhərinin inşaatı başladı.
Bu barədə bəyanatı Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili bugünki hökümət iclasında bəyan etdi.
Kvirikaşvilinin dediyinə görə, qeyd olunan şəhərin tikilməsi üçün böyük ərazi hazırlanıb.
“İdarəçilik islahtları çərçivəsində birgə xidmət ofisinin inşaat layihəsi işlənilib. Biz qərar verdik ki, xidmətin daha da təkmilləşdirilməsi üçün Ortacalada, biznes evinin tikildiyi ərazinin yanında, hökümət şəhəri də inşaat edilsin. Nazirliklərin orya köçürülməsi ilə, şəhərin mərkəzində ofislər və mehmanxanalar üçün bir çox ərazi boşalacaq. Düşünürəm ki, bu çox önəmli bir layihədir və onu salamlyıram” – Kvirikaşvili dedi.