Martın 12-də qondarma Abxaziya regionunda keçirilən “seçkiləri” NATO tanımır.
Bu barədə bəyanat NATO-nun rəsmi veb-səhifəsində yerləşdirilmişdir.
“Qeyd olunan “seçkilər” Gürcüstandaki ağır vəziyyətin tənzimlənməsi üçün əlverişli şərait yaratmır” – bəyanatda deyilir.
Bəyanatda həmçinin oda əlavə olunur ki, NATO Gürcüstanın Abxaziya və Osetiya regionlarını müstəqil bir ölkə kimi heç vaxt qəbul etməyəcək.
“Alyans Gürcüstanın suverenliyinə və ərazi bütövlüyünə, beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilən sərhədlər çərçivəsində, tam dəstək verir” – bəyanatda deyilir.