“Ömrümün ən gözəl illərini mitinqlərdə keçirdim, ancaq öz etirazımızı elə edirdik ki, kimsəyə zərər verilməsin”, – bu bəyanatı Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili Batumidə baş verənlərlə bağlı verdi.
Marqvelaşvilinin dediyinə görə, ölkədə siyasi özünüifadə mədəniyyəti və ifadə azadlığı qorunub, ancaq hərkəs bilməlidir ki, hərhansı bir zorakılığa qarşı, hökümətin çox qəti və aydın cavabı olacaq.
“Mən müstəntiq deyiləm və təbii ki, olanlarla bağlı dəqiq məlumat verə bilmərəm, ancaq onu deyə bilərəm ki, heç bir insanın haqqı yoxdur ki, öz vətəndaşları və hökümətlə vandalizm və zorakılıq dilində danışsın. Belə bir prosesdə iştirak edən hərkəs məsuliyyətə cəlb edilib, cəzasını çəkməlidir. Mitinqin vandalizmə və maşınların yandırılmsına çevrilməsi gürcü siyasi mədəniyyətində indiyə qədər olmayıb. Həyatım boyunca bir çox mitinqlərdə iştirak etmişəm, ancaq hər zaman elə etmişik ki, etiraz aksiyamız kimsəyə zərər verməsin” – deyə qeyd edib.