Kutaisi şəhərində inşaat işləri aparılan binaların birindən düşən kərpiç 12 yaşlı qız uşağının həyatına son qoymuşdur. Bədbəxt hadisə Abaşidze küçəsində baş vermişdir.
Verilən məlumata görə, qız uşağı inşaat işləri aparılan binanın qabağında valideynləri ilə birlikdə dururmuş. Onlar uşaqlarına “roliklərdə” gəzməyi öyrədirlərmiş və anidən binadan düşən kərpiç uşağa xəsarət yetirdi. Uşağı xəstəxanaya apardılar, ancaq aldığı travma ağır olduğundan həyatını xilas etmək mümkün olmamışdır. Faktla bağlı cinaayət iş qaldırılıb.