Dünən Batumi şəhərində günün ikinci yarısında hüquq mühavizə orqanları və vətəndaşlar arasında qarşıdurma yaranıb. Qarşıdurmaya səbəb isə, maşın parkofkasının düzgün yerinə yetirilməməsi səbəbi ilə, 2 nəfərin cərimə edilib saxlanması olub. Qarşıdurmalar nəticəsində isə 6 nəfər saxlanılıb, onların azadlığa buraxılması tələbi ilə başlayan aksiya isə kəskin qarşıdurmalara yol açıb.
Batumidə gecə saat 11:00-da polis qərargahının önündə başlayan etiraz aksiyası getdikcə gərginləşib. Etirazçılar küçələrdə dayanan onlarca maşına od vuraraq yandırıblar, binalara zərə vurublar, eləcə də yol nişanlarına və zibil qutularına zərə verən etirazçılar, etiraz əlaməti olaraq, bir neçə polis maşınını da sındırıblar.
Etirazçılar Acara mərkəzi polis qərargahının həyətində dayanan qərəgah əməkdaşlarının avtomobillərinə də od vurublar. Onlar, bunu qərargahda saxlanan 6 nəfər vətəndaşın qaytarılması tələblərinin yerinə yetirilməməsinə görə ediblər.
https://www.youtube.com/watch?v=F5AvnUQk8yU
Mənbə: cmedia.ge