Bu Günün Tarixi 10.3.2017-cı il.
Italyan biyologu Marcello Malpighi 1628-ci ilin 10 martında anadan olub.
ABŞ-da qara qadınların təşkilatlanmasına liderlik edən pedaqoq Hallie Quinn 1845-ci ilin 10 martında anadan olub.
Ukraynalı şair və rəssam Taras Grigoroviç Şevçenko 1861-ci ilin 10 martında dünyasını dəyişib.
Alexander Graham Bell ilə köməkçisi Tomas Watson 10 mart 1876-cı ildə ilk telefon görüşməsini etdilər.
Azərbaycan yazıçı-dramaturqu, materialist filosofu, ictimai xadim, Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundov 10 mart 1878-ci ildə Tiflisdə vəfat etmiş və köhnə müsəlman qəbirstanlığında (indiki Tbilisi botanika bağının ərazisində yerləşən Görkəmli Azərbaycanlılar panteonu) dəfn olunmuşdur.
Hollivudda çəkilən ilk film “İn Old Californiya” 1910-cu ilin bu günü nümayiş edildi.
10 mart 1919-cu ildə Çində köləlik götürüdü.
Tanınmış rus kino bəstəkarı Aleksandr Zasepin 10 mart 1926-cı ildə Novosibirskdə dünyaya gəlmişdir.
Rus yazıçı, dramaturq, teatr rejissoru və aktyoru Mixail Bulqakov 10 mart 1940-cı ilin bu günü dünyasını dəyişmişdir.
Xanəndə, aktyor, Azərbaycan Respublikasının xalq artisti Canəli Əkbərov 10 mart 1940-cı ildə Lənkəran rayonunun Tükəvilə kəndində anadan olmuşdur.