Skip to content
Menu
BORCALİ.ORG
  • Başlanğıc
  • Borçalı
    • Ağbulaq
    • Başkeçid
    • Barmaksız – Zalqa
    • Bolus
    • Borçalı
    • Qarayazı
    • Qaraçop
    • Darvaz
  • Gürcüstan
    • Batum
    • Kaspi
    • Misxeta
    • Qabal
    • Qaracalar
  • Borçalı cəmiyyəti
    • Nizamnamə
    • Yaranma tarixi
    • Struktur
    • Rəhbərlik
    • İdarə Heyəti
    • Ağsaqqal Şurası
    • Qadınlar Şurası
    • Gənclər Şurası
    • Nəzarət Təftiş Komissiyası
    • Fəaliyyətimiz
    • Nəşrlərimiz
    • Tədbirlərimiz
  • Azərbaycan
  • Arxiv
    • ASKEF
    • KUMİR
    • SEYMUR TEYMURLU yazır:
    • “Gündəlik-Gürcüstan”
BORCALİ.ORG BORCALİ.ORG

Gürcüstan prezidentin səlahiyyətləri azaldılır

Posted on 04 Mart 2017

Fövqəladə hallar və hərbi vəziyyət zamanı Gürcüstan Silahlı Qüvvələri prezidentin deyil, baş nazirin əmri ilə hərəkət edəcək.

Hakim “Gürcü arzusu – demokratik Gürcüstan” partiyası belə bir təşəbbüslə çıxış edərək hazırladığı yeni qanun layihəsini yeni konstitusiya komissiyasına təqdim edib.

Yeni layihəyə əsasən, Silahlı Qüvvələrin tərkibini hökumət təsdiq edəcək. Eyni zamanda, Silahlı Qüvvələrin sayının son həddi barədə qərarı da parlamentə hökumət təqdim edəcək.

Hakim partiyanın hazırladığı sənədə əsasən, prezident yanında Milli Təhlükəsizlik Şurasını da Müdafiə Şurası əvəz edəcək. Müdafiə Şurası daimi fəaliyyət göstərməyəcək. Şura yalnız hərbi təcavüz zamanı yaradılacaq.

Prezidentin Ali Baş Komandan kimi yalnız Baş Qərargah rəisinin istefasını qəbul etmək, yenisini təyin etmək, ali hərbi rütbələr vermək, hərbi və fövqəladə vəziyyət elan etmək səlahiyyəti qalacaq.

Baxılıb: 86

AXTAR

©2026 BORCALİ.ORG | WordPress Theme by Superb WordPress Themes