Bu Günün Tarixi 24.2.2017-cı il.

303-cü ilin 24 fevralında Roma imperatoru Diokletian xristianlığı qadağan edən fərman vermişdir.

Rus riyaziyyatçısı və fiziki. Qeyri-Evklid həndəsəsinin yaradıcısı Nikolay İvanoviç Lobaçevski 24 fevral 1856-cı ildə dünyasını dəyişmişdir. Cəbr, riyazi analiz, ehtimal nəzəriyyəsi, mexanika, fizika və astronomiya üzrə əsərlərin müəllifidir.

Azərbaycanda el qəhrəmanı, “Qırmızı tabor”un komandiri Abbasqulu bəy Xanbaba bəy oğlu Şadlinski 24 fevral 1886-cı ildə İrəvan quberniyasının Böyük Vedi kəndində anadan olmuşdur.

Azərbaycan ədibi, filosof və ədəbiyyat tənqidçisi, XX əsr Azərbaycan-türk ictimai fikrinin ən görkəmli nümayəndələrindən biri olan Əli bəy Hüseynzadə 1864-cü il 24 fevralda Salyanda anadan olmuşdur. Uzun müddət alim, həkim, rəssam, şair, tənqidçi, tərcüməçi, müəllim, jurnalist kimi fəaliyyət göstərmiş, bu sahələrin hər birində özünəməxsus iz qoymuşdur. XX əsr Azərbaycan mətbuatı və publisistikası sahəsində müstəsna xidmətləri vardır.

24 fevral 1918-ci ildə Estoniya müstəqilliyini elan etmişdir.

1942-ci ilin bu günü “Amerikanın səsi” radiosu ilk dəfə efirə çıxmışdır.

1955-ci ilin 24 fevralında İraq və Türkiyə arasında “Bağdad paktı” imzalanmış, sonradan bura İran, Pakistan və Britaniya da qoşulmuşdur.

24 fevral 1972-ci ildə Sovet sualtı qayığı “K 19″da qəza zamanı 28 matros həlak olmuşdur.

1991-ci ilin bu günü İraqa hücumun tərkib hissəsi olan “Səhrada qılınc” əməliyyatı başa çatmışdır.