Bu gün Su çərşənbəsidir

Bu gün Su çərşənbəsidir

Bu gün Gürcüstanda yaşıyan Azərbaycanlılar ilin ilk çərşənbələrindən olan Su çərşənbəsini qeyd edirlər.

Novruz bayramına 4 həftə qalmış insanlar həyat üçün vacib dörd ünsür – su, od, yel və torpaqla bağlı çərşənbələri təntənəli şəkildə qeyd edirlər. El arasında bunlara “boz ayın çərşənbələri” də deyilir. Novruz bayramının ilk çərşənbəsi – Su çərşənbəsi suya tapınma inamı ilə bağlıdır.

İlk çərşənbə ərəfəsində ev-eşiklər sahmana salınır, bağ-bağçalarda ağacların, gül kollarının dibi bellənir. Hər çərşənbənin öz təamı, öz xonçası var. Su çərşənbəsinin xonçasında pak, təmiz su mütləq olmalıdır. Suyun ətrafına quru meyvə, rəngli şamlar, ləbləbi – kişmiş, çətənəli, küncüdlü, fındıqlı-qozlu qovurğa qoyulur. Su çərşənbəsində yaşlılar üçün qovurğadan qovut çəkir, üstünə bəkməz və ya bal tökürlər.

Xalq inancına görə, birinci çərşənbə günü su və su mənbələri təzələnir, hərəkətə gəlir. Su hövzələrində abadlıq işləri görülür, su ilə bağlı müxtəlif şənliklər keçirirlər. Ümumiyyətlə, saflıq, təmizlik rəmzi olan su hər zaman müqəddəs hesab edilib. Su çərşənbəsi axşamı süfrəyə təmiz su qoymaq lazımdır və hamı həmin sudan içməlidir.

Su çərşənbəsi “əzəl çərşənbə” və ya “Sular Novruzu” da adlanır.

Qeyd edək ki, 2017-ci ildə fevralın 21-də ilk çərşənbə – Su, fevralın 28-də Od, martın 7-də Hava (Yel), martın 14-də isə sonuncu Torpaq çərşənbəsi qeyd olunacaq.

Marneuli sakinləri arasında sorğu apardıq çərşənbə haqqında nə bilirlər.

Şərh üçün bağlıdır.

log

_________________ Wapp +994556268823 Alo +994502783149 E-mail gunaynovruz@gmail.com Tərtibatçı Günay Novruz Copyright©2017 ______________________________