Knyaz Əliyev bu gün əməliyyat olundu

Knyaz Əliyev bu gün, 19 fevral tarixində səhər saat 5 radələrində əməliyyat olundu. Bu haqda Belarusyada xəstəxanada olan Knyazın dayısı Vəli İbrahimov “Marneuli” Radiosuna məlumat verdi. Onun sözlərinə görə əməliyyat 4 saat davam edib. Hal-hazırda xəstə reanimasiyaya yerləşdirilib.

Vəlinin sözlərinə görə həkimlərin verdiyi məlumata görə xəstənin vəziyyəti yaxşıdır.

Xatırladaq ki, Qarabani sakini Knyaz Əliyev ürək çatışmazlığından əziyyət çəkirdi. Ona təcili ürək köçürülməsi lazım idi. Həmin əməliyyat Gürcüstanda həyata keçirilmədiyi üçün xarici ölkəyə Belarusyaya göndərildi.
Əməliyyat üçün isə ailənin imkanı olmadığından Knyazın əməliyyatına pul toplanması üçün bir sıra aksiyalar keçirildi.

Mənbə: “Marneuli” Radiosu