EBRD Enquri hidro-elektrostansiyasının yenidən qurulması üçün 28 milyon avro ayıracaq

Bugün, 5 yanvar tarixində Gürcüstan və Avropanın Rekonstruksiya və İnkişaf Bankı (EBRD) arasında “Enquri hidro-elektrostansiyasının” yenidən qurulması haqqında müqavilə imzalandı.

Bu barədə məlumatı Maliyyə Nazirliyi yayır.

Nazirliyin məlumatına görə, sənədi Gürcüstanın Maliyyə naziri Mamuka Baxtadze və Avropanın Rekonstruksiya və İnkişaf Bankının Moldova və Gürcüstandaki regional direktoru Bruno Balvanera imzalayıblar.

Qeyd edək ki, bu layihə üçün, 2017-ci ilin dekabr ayında, Avropa İttifaqı qrant şəklində yeddi milyon avro ayırmışdı.

Mənbə: 1tv.ge