ÇOX VƏ SAĞLAM YAŞAMAQ İSTƏYİRSİNİZSƏ, BU KİTABI MÜTLƏQ OXUYUN…

   

 

 

TƏBRİK EDİRİK!..

 

Bu günlərdə dəyərli ziyalımız, tanınmış alim, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Ekologiya idarəsinin rəis müavini, fizika-riyaziyyat elmləri doktoru, professor Əflatun Həsənovun “Xərçəngsiz, infarktsız, insultsuz çox yaşa” adlı yeni kitabı işıqüzü görüb.

 

Kitab haqqında ətraflı məlumatı yaxın zamanda dəyərli oxucularımızın diqqətinə çatdıracağıq.

 

 

Xatırladaq ki, Əflatun Mürsəl oğlu Həsənov – 1959-cu il dekabrın 12-də qədim Borçalı mahalında

– indiki Gürcüstanın Bolnisi rayonundakı Faxralı kəndində anadan olub.

1976-cı ildə Faxralı kəndində orta məktəbi, 1980-ci ildə isə Azərbaycan Dövlət Pedaqoji

Universitetinin Fizika fakültəsini bitirib.

1981-1982-ci illərdə hərbi xidmətdə olub.

1983-cü ildə Azərbaycan SSR Elmlər Akademiyasının Radiasiya Tədqiqatları Sektorunda elmi işçi vəzifəsində işləyib, 1985-ci ildə isə Leninqrad Dövlət Universitetində aspiranturada oxuyub.

1987-ci ildə “Radiasiya və elektrik boşalmasının tə’siri altında oksid bor maddəsinin səthində baş verən proseslərin” öyrənilməsinə aid namizədlik dissertasiyası, 2000-ci ildə isə bərk cisimlər ixtisası üzrə “Geniş qadağan olunmuş zonalı dielektriklərin iştirakı ilə radiasion və plazma heterogen proseslərin müqayisəli qanunauyğunluqları” mövzusunda doktorluq dissertasiyası müdafiə edib.

50-dən çox elmi əsərin müəllifidir. Bu əsərlərdən 6-sı Rusiya dövlətinin patenti olmuş, atom və plazma-generatorunda istifadə olunan maddələrin köməyi ilə hidrogen-enerjidaşıyıcısı alınmasına həsr olunub.

Professor Əflatun Həsənov bir monoqrafiya, xarici ölkələrdə çap olunan 16 əsərin müəllifidir. (Böyük Britaniya, Almaniya, Macarıstan, Türkiyə və s.). Onun rəhbərliyi altında iki elmlər namizədi müdafiə edib. O, Azərbaycan Elmlər Akademiyasının Radiasiya tədqiqatları bölməsində laboratoriya müdiri vəzifəsinə kimi yüksəlib.

Professor Əflatun Həsənov hazırda ARDNŞ-in Ekologiya idarəsinin rəisinin müavini vəzifəsində çalışır.  O, Amerika Birləşmiş Ştatlarının Bioqrafiya İnstitutunun Qızıl medalı və “Beynəlxalq səfir ordeni” ilə təltif olunub.

 

Müşfiq BORÇALI

 

.