“Gürcüstan artıq Avropa qaydalarının ayrılmaz bir hissəsi olacaq” – bu bəyanatı Gürcüstanın başnaziri Giorgi Kvirikaşvili, Daxili İşlər Nazirliyində, Gürcüstan və Avropa arasında operativ və strateji əməkdaşlıq haqqında razılaşmanın imzalanması mərasimində dedi.
“Mən fəxr edirəm ki, Avropa İttifaqına doğru çox yaxşı dinamikamız və tərəqqimiz var. Bugün ki razılaşmanın imzalanması da bu istiqamətin ən bariz nümunəsidir. Bugün biz, Gürcüstanın Avrointeqrasiya yoluna doğru yenə bir addım qoyuruq. Bu razılaşmanın qüvvəyə minməsindən sonra, ölkəmiz Avropolun operativ partnyoru və Avropa nizam-intizamının ayrılmaz bir hissəsi olacaq. Biz artıq, hüquqmühafizə baxımından da Avropa ailəsinin bir hissəsi olacağıq. Bu da deməkdir ki, tamamilə fərqli bir təhlükəsizlik sistemimiz olacaq”,- dedi başnazir.
Xatırladaq ki, bugün Gürcüstan və Avropa arasında operativ və strateji əməkdaşlıq haqqında razılaşma imzalandı.