Başnazir – Kutaisi hava limanlndan qatarlar Gürcüstanın hər regionuna gedəcəklər
“Şərqdən qərbə doğru gedən bütün qatarlar artıq Kutaisi Beynəlxalq Hava limanında dayanacaqlar” – bu bəyanatı Gürcüstanın başnaziri Giorgi Kvirikaşvili Kutaisi hava limanına doğru gedən dəmir yolunun təməlinin qoyulması ilə bağlı mərasimdə verdi.
Başnazirin verdiyi məlumata görə bu layihə bir neçə aya başa çatacaq. Kutaisi havalimanı, dəmir yolu ilə bərabər, vətəndaşlarımızın Avropaya getmələri üçün əsas mərkəz olacaq – başnazir bildirdi.
Kvirikaşvili onu da qeyd etdi ki, iqtidarın əsas məqsədi o olacaq ki, Kutaisi hava limanından Gürcüstanın hər regionuna, istər dağ, istərsə də dəniz kənarı kurortlarına doğru qatarlar getsin.