Küçəyə iki kiloqrama qədər zibil tökən vətəndaşlar 80 lari ilə cərimələnəcəklər. İki kiloqramdan artıq zibil tökən isə 150 lari cərimə ilə cəzalandırlacaq. Bu barədə məlumatı “Tbilservis qrup” yayıb.
Ötəngündən etibarən, küçələrdə Tbilservis qrupun nəzarətçiləri gəzəcəklər və küçəyi zibilləyən vətəndaşları cərimələyəcəklər.
İki kiloya qədər zibilə siqaret qalıntıları da daxildir.
Ev heyvanlarını gəzdirərkən, onların nəcisini götürməyən vətəndaşlar isə, 50 lari ilə cərimələnəcəklər.
İnşaat qalıntılarının tökülməsi üçün fiziki şəxslər 200, hüquqi şəxslər isə, 500 lari miqdarında cərimələnəcəklər. Bir kubmetrdən artıq ərazinin zibilləndiyi halda isə, fiziki şəxs 500, hüquqi şəxslər isə 1500 lari cərimə ödəməli olacaqlar.