Skip to content
Menu
BORCALİ.ORG
BORCALİ.ORG

Maliyyə naziri: “Azərbaycan Gürcüstanın ən əsas strateji tərəfdaşıdır”

Posted on 20 Mart 201709 Fevral 2018

“Azərbaycan Gürcüstanın ən əsas strateji tərəfdaşıdır və biz bu münasibətlərin inkişafında maraqlıyıq”.

Bunu “Report”un Gürcüstan bürosuna açıqlamasında Gürcüstan baş nazirinin müavini, maliyyə naziri Dmitri Kumsişvili söyləyib.

Nazir bildirib ki, bu gün Azərbaycan ilə Gürcüstan regionda bir sıra irimiqyaslı iqtisadi layihələr həyata keçirir. Bir neçə layihə üzərində isə iş aparılır. Bu layihələr Gürcüstan və Azərbaycanın, eləcə də regionun və bütövlükdə Avropanın inkişafında mühüm rol oynayacaq.

“Biz çalışırıq ki, bu layihələrə daha çox ölkələr cəlb edək və bu, bizə daha böyük uğurlar qazanmağa imkan yaradacaq”, – deyə Gürcüstan hökumət rəsmisi əlavə edib.

Post Views: 4
©2026 BORCALİ.ORG | WordPress Theme by Superb WordPress Themes