Skip to content
Menu
BORCALİ.ORG
BORCALİ.ORG

NATO qondarma Abxaziyada keçirilən seçkiləri tanımır

Posted on 14 Mart 201709 Fevral 2018

Martın 12-də qondarma Abxaziya regionunda keçirilən “seçkiləri” NATO tanımır.

Bu barədə bəyanat NATO-nun rəsmi veb-səhifəsində yerləşdirilmişdir.

“Qeyd olunan “seçkilər” Gürcüstandaki ağır vəziyyətin tənzimlənməsi üçün əlverişli şərait yaratmır” –  bəyanatda deyilir.

Bəyanatda həmçinin oda əlavə olunur ki, NATO Gürcüstanın Abxaziya və Osetiya regionlarını müstəqil bir ölkə kimi heç vaxt qəbul etməyəcək.

“Alyans Gürcüstanın suverenliyinə və ərazi bütövlüyünə, beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilən sərhədlər çərçivəsində, tam dəstək verir” – bəyanatda deyilir.

Post Views: 5
©2026 BORCALİ.ORG | WordPress Theme by Superb WordPress Themes