Skip to content
Menu
BORCALİ.ORG
BORCALİ.ORG

Bu Günün Tarixi

Posted on 13 Mart 201712 Mart 2017

   Bu Günün Tarixi 13.3.2017-cı il.

Böyük Britaniya kimyaçısı, filosofu Cozef Pristli 13 mart 1733-cu ildə anadan olmuşdu.

İngilis astronom Uilyam Herşel öz əli ilə düzəltdiyi teleskop vasitəsilə 1781-ci ilin 13 martında Günəş sisteminin yeddinci planetini Uranı kəşf etmişdir.

1869-cu ilin bu günü Rus kimyaçısı Dmitri Mendeleyev Dövrü sistemin tərtibini tamamlamışdır.

Çester Qrinvud 13 mart 1887-ci ildə qulaqcıqları patentləşdirmişdir.

Görkəmli SSRİ və Rusiya şair, dramaturq, publisist və ictimai xadimi, Sovet ədəbiyyatının klassiki Sergey Mixalkov 1913-cü ildə Moskvada anadan olmuşdur.

Azərbaycan dramatik teatr və kino aktyoru, Azərbaycan və Rusiya Xalq Artisti Nodar Şaşıqoğlu 13 mart 1927-ci ildə Batumidə dünyaya gəlib.

13 mart 1930-cu ildə SSRİ-də Moskva İş Birjası bağlanmış, bununla da Sovet İttifaqı işsizliyi tam aradan qaldırmış ilk ölkə olmuşdur.

Amerikalı astronom Klod Tombo 1930-cu ilin bu günü Günəş sisteminin doqquzuncu planetini Plutonu kəşf etdiyini elan etmişdir.

Azərbaycan aktyoru. Azərbaycan Respublikasının Əməkdar Artist Novruz Cəfərov 13 mart 1953-çü ildə Şəmkir rayonunun Könüllü kəndində anadan olmuşdur.

Avropada valyuta sistemi işə salınmışdır. Bu hadisə 1979-cu ilin bu günü baş vermişdir.

Post Views: 5
©2026 BORCALİ.ORG | WordPress Theme by Superb WordPress Themes