Skip to content
Menu
BORCALİ.ORG
BORCALİ.ORG

Marneulidə Gürcüstanın işğal gününə həsr olunmuş tədbir keçrildi

Posted on 01 Mart 2017

Marneuli Bələdiyyəsinin Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə, Sovet İttifaqı tərəfindən ölkənin işğal olunduğu gün qeyd olundu

Tədbir zamanı gənclər bu faciəli günü yenidən xatırladılar, hadisələrə həsr olunan şerlər səsləndirərək musiqi parçaları ifa etdilər.

Qeyd etmək lazımdır ki, Mədəniyyət Mərkəzinin dəhlizində Marneuli məktəb şagirdləri tərəfindən bu günə həsr olunmuş rəsm əl işləri sərgiyə qoyuldu.

Tədbirdə Marneuli Bələdiyyəsinin və İcra Hakimiyyətinin rəhbər şəxsləri, əməkdaşları, ictimai məktəb şagirdləri, pedaqoqlar, valideynlər və Mədəniyyət Mərkəzinin nümayəndələri iştirak edirdilər.

Fevralın 25, Gürcüstan parlamentinin nizamnaməsi ilə Sovet İttifaqının işğalı günü kimi anılır.

Hər il fevralın 25 də, Gürcüstanın ümum ərazisində dövlət bayraqları endirilir və 1 dəqiqəlik sükutla faciədə həlak olmuşların ruhu hörmətlə anılır.

Post Views: 5
©2026 BORCALİ.ORG | WordPress Theme by Superb WordPress Themes