Skip to content
Menu
BORCALİ.ORG
BORCALİ.ORG

Qardabani rayonun Nazarlı kəndində qətil hadisəsi baş verib

Posted on 22 Fevral 201722 Fevral 2017

Ötən gecə saat iki radələrində Qardaban rayonun Nəzərli kəndində qətl hadisəsi baş vermişdir. Kənd sakinləri 1987-ci il təvəllüdlü Babək Sabir oğlu Əhmədov və 1989-cu il təvəllüdlü Ceyhun Əmirxan oğlu Orucov arasında mübahisə olub. Nəticədə B. Əhmədov C.Orucovu öz həm yerlisini bıçaqlayıb. Xəsarət alan təcili tibbi yardımla xəstəxanaya aparılsada həyatını xilas etmək mümkün olmamışdır və xəstəxanada dünyasını dəyişmişdi. Verilən məlumata görə gənclər kəndin mərkəzində yerləşən çayxanaların birində içki içdikdən sora aralarında mübahisə yaranmış və dava düşmüşdür. Kənd sakinləri tərəfindən mübahisəyə müdaxilə edərək ayırmışdılar. Qətli törədən şəxs evlərinə qayıdaraq bıçaq götürmüş və ölən şəxsin evlərinə gedərək mübahisəni orda davam etmişdir. Ölən şəxsin atası isə oğlunu dalaşmasın diyə tutmuş, bundan istifadə edən gənc elə orda həm yerlisini bıçaqla xəsarət yetirmişdir.
Qətli törədən şəxs mühavizə orqanlarına təslim olmuşdur.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Post Views: 7
©2026 BORCALİ.ORG | WordPress Theme by Superb WordPress Themes