Skip to content
Menu
BORCALİ.ORG
BORCALİ.ORG

Bu Günün Tarixi

Posted on 15 Fevral 201714 Fevral 2017

Bu Günün Tarixi 15.2.2017-cı il.

İtaliyan alimi Qaliley ilk dəfə öz astronomik borusunu 1610-ci il yanvar ayının 7-də gecə Aya tərəf yönəldirir. Ayda dağların, Kraterlərin olmasını görür. Ay səthinin mahiyyət etibarı ilə Yerə oxşar olması fikrini söyləyir. Astranomiyanın atası hesab edilən Qaliley 1564-cü ilin 15 fevralında anadan olub.

15 fevral 1763-cü ildə Avstriya və Prussiya arasında Qubertusberqski sülhü imzalanmşdır.

1848-ci ilin 15 fevralında Londonda Karl Marks və Fridrix Engelsin birgə yazdığı “Kommunist Partiyasının Manifesti” əsəri çapdan çıxmışdır.

XX əsr tatar ədəbiyyatının görkəmli nümayəndəsi, Sovet İttifaqı Qəhrəmanı Musa Cəlil 1906-cı ilin 15 fevralında Rusiyanın Orenburq şəhərində anadan olmuşdur.

1922-ci ilin 15 fevralında Haaqada Beynəlxalq Qanunçuluq Məhkəməsinin ilk sessiyası açılmış, II Dünya müharibəsindən sonra ilk dəfə olaraq Beynəlxalq Tribunal fəaliyyətə başlamışdır.

1933-cü ilin 15 fevraalında terrorçu Cüzeppe Zinqara ABŞ-ın yeni seçilmiş prezidenti Franklin Ruzveltə sui-qəsd cəhdi etmişdir.

Yaxın Şərqdə növbəti müharibə başlamış, müharibənin gedişində İsrail qüvvələri Suriyanın strateji əhəmiyyətli Qolan təpələrini işğal etmişdir. Bu hadisə 1974-cü ilin bu günü baş vermişdir.

Kvant elektrodinamikasının banilərindən biri olan Riçart Feynman 1988-ci ilin 15 fevralında ölüb. O, 1943-45-ci illər arasında Los-Alamosda atom bombası hazırlayan alim-fiziklər qrupuna daxil edilmişdir.

1989-cu ilin bu günü SSRİ-nin məhdud hərbi kontingentinin Əfqanıstandan çıxarılması prosesi başa çatmışdır.

Post Views: 7
©2026 BORCALİ.ORG | WordPress Theme by Superb WordPress Themes