Skip to content
Menu
BORCALİ.ORG
BORCALİ.ORG

Başnazir – İctimai Yayımçıda başlayan prosesi dəstəkləyirik

Posted on 09 Fevral 2017

“İctimaiyyətimiz əmin olmalıdır ki, İqtidar, İctimai Televiziyanın ən maraqlı və ən müasir standartlara uyğun bir televiziya olmasında maraqlıdır – bu barədə bəyanatı Gürcüstanın başnaziri Giorgi Kvirikaşvili hökümət iclasında bəyan etdi.

Onun dediyinə görə, o İctimai Televiziyada başlayan prosesi dəstəkləyir.

“Bugün biz, milyonlarla lari xərcləyirik bu produkta və imkan verə bilmərik ki, o qədər xərcin əvəzinə, maraqlı və müasir olmayan bir televiziya fəaliyyət göstərsin.

Həmçinin, biz istəyirik ki, bu həqiqətən də xalqın maraqlarını əks etdirən bir televiziya olsun. İctimai Yayımçıda başlayan prosesi dəstəkləyirik və onunla bağlı yaranan polemikaları da dəstəkləyirik. Biz əminik ki, bütün proseslər sivil formada aparılacaq və hər bir vətəndaşımızın həqq etdiyi bir televiziya yaradılacaq. İctimai Yayımçıya müvəffəqiyyətlər arzulayıram” – dedi başnazir.

Post Views: 3
©2026 BORCALİ.ORG | WordPress Theme by Superb WordPress Themes