Skip to content
Menu
BORCALİ.ORG
BORCALİ.ORG

Bu Günün Tarixi

Posted on 06 Fevral 201706 Fevral 2017

Bu Günün Tarixi 6.2.2017-cı il.

Batı xanın rəhbərlik etdiyi Qızıl Orda ordusu Kiyev şəhərini 6 fevral 1240-cı ildə fəth etmişdir.

1492-ci ilin bu günü Xristofor Kolumb qızıl axtarmaq üçün Santa Dominqo adasına getmişdir.

1788-ci ilin 6 fevralında Massaçusets ştatı Birləşmiş Ştatlar Konstitusiyasını təsdiqləmiş altıncı ştat olub.

6 fevral 1815-ci ildə Nyu-Cersi ştatının hakimiyyəti Con Stivensə ilk amerikan dəmiryol nizamnaməsini qərar vermişdir.

Tomas Edison ilk dəfə səsi lentə yazmışdır. Bu hadisə 1877-ci ilin 6 fevralında baş vermişdi.

1886-ci ilin bu günü Klemens Vinkler germaniy kimyəvi elemehtini kəşf edib. Element “”ekasilisiy” adı ilə Dmitri Mendeleyev tərəfindən əvvəldən təxmin edilmişdir.

Gürcüstan kinorejissoru, SSRİ xalq artisti Mixail Çiaureli 6 fevral 1894-cü ildə Tbilisidə anadan olub.

6 fevaral 1899-cu ildə İspaniya-Amerika Müharibəsi, Paris sazişi; ABŞ və İspaniya arasında sülh müqaviləsi Birləşmiş Ştatlar senatı tərəfindən təsdiqlənmişdir.

1900-cu ilin bu günü Rusiya alimii Aleksandr Popov ilk dəfə dənizdə radio ilə “Yermak” buzqıran gəmisinin kapitanına təhlükə barəsində siqnal vermişdir.

6 fevral 1922-ci ildə Kanadada ilk dəfə xəstələrin müalicəsində insulindən istifadə olunmuşdur.

1942-ci ilin bu günü İkinci dünya müharibəsində Böyük Britaniya Tailanda müharibə elan etmişdir.

6 fevral 1945-ci ildə Londonda Brtaniya Tred-yunionlarının təşkilatçılığı ilə I Ümumdünya Həmkarlar İttifaqı Konfransı keçirilmişdir. Ümumdünya Həmkarlar İttifaqı Federasiyası yaradılımışdır.

6 fevral 1958-ci ildə Münhen aviafəlakəti zamanı İngiltərənin Mançester Yunayted futbol klubunun 8 oyunçusu həlak olub.

Hindistan Pakistanın tərkibindən çıxan Şərqi Pakistan əyaləti əsasında birtərəfli qaydada dövlət müstəqilliyini elan edən Banqladeş Xalq Respublikasını 1971-ci ilin bu günü  tanımışdır. Bu səbəbdən Pakistan Hindistanla bütün diplomatik əlaqələri kəsmişdir.

Post Views: 5
©2026 BORCALİ.ORG | WordPress Theme by Superb WordPress Themes